Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bütün xəbərlər »
Qaynar Xəbərlər
Без названия

Fransız hökuməti MÜSTƏQİL MÜSƏLMAN istəmir

Share Button

Fransanın İslama qarşı yeni taktikası…

Fransız hökumətinin Fransanın şimalında bir kilsədə gerçəkləşən terror hücumundan sonra “dövlət əliylə” İslamı islahatlardan keçirmə istəyi ölkədəki müsəlmanlar tərəfindən reaksiyaya səbəb olub.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, sosialist Fransua Olland hökumətinin, daha əvəvəl sağçı Nikola Sarkozinin prezidentliyi dövründə gündəmə gələn “Fransa İslamında islahat” layihəsini Rouen şəhəri yaxınlığındakı bir kilsənin hədəf alındığı hücumdan sonra müsəlmanları dövrəyə salması, ölkədə sayı 5 milyondan çox olan müsəlmanlar tərəfindən yeni bir “müstəmləkəçilik” kimi qəbul edilir.

İŞİD-in üzərinə götürdüyü hücumdan dərhal sonra “Journal du Dimanche” qəzetinin qələmə aldığı məqalədə “Fransanın İslamı yenidən inşa etmə” istədiyində olduğunu bildirən baş nazir Manuel Valls layihəyə daha çox dəstək verənlər arasında yer alır. Valls, ayın əvvəlində “Liberation” qəzetinə verdiyi reportajda da Fransadakı məscidlərə ölkə xaricindən gələn maddi yardımların müəyyən bir müddətə qadağan edilə biləcəyini bildirmiş, “dövlətin və ictimai təşkilatların İslamın səhmana salınmasında həyatı bir rol olduğu” iddiası ilə çıxış etmişdir.

Vallsın açıqlamasından bir neçə gün sonra Fransa daxili işlər naziri Bernard Cazeneuve, Fransa İslam Şurası ilə görüşmüş və toplantıdan sonra Fransadakı məscidlərin və müsəlmanların sosial fəaliyyətlərini təşkil etməyi qarşılarına məqsəd qoyan “Fransa İslami Vəqfi”nin yenidən canlandırılacağını ifadə etmişdir.

Dövlətin İslama marağı diqqət dağıtma taktikasıdır…

Müsəlman haqlarının müdafiəçisi və keçmiş Fransada İslamofobiya ilə Mübarizə Dərnəyinin (CCIF) sözçüsü Yasser Louati hökumətin “İslamda islahat” layihəsinin maraqlı olduğunu bildirərək, “dövlətin islama marağı ictimaiyyətin diqqətini dağıtmaq üçün bir taktikadır” deyib.

Hökumətin islahat layihəsi sayəsində öz uğursuzluqlarının üstünü örtməyə çalışdıqlarına diqqət çəkən Louati, “İslam müzakirələri, insanların hökumətin təhlükəsizlik qüsurlarını və fövqəladə hal çərçivəsində dövrəyə salınan tədbirlərin işləmədiyini görmədikləri onlara maneə yaradır” şərhini verib.

İslahatların müzakirəsinin terror hücumundan dərhal sonra başladılmasının İslamla terror arasında bir əlaqə olduğu mənasına yol açdığını deyən Louati, hücumları təşkil edən insanların dövlət tərəfindən psixoloji müalicə və ya nəzarət altına alınmamasını araşdırmaq yerinə, baş verənləri İslamla əlaqələndirdiklərini bildirib.

“Fransız hökuməti MÜSTƏQİL MÜSƏLMAN istəmir”

Hökumət tərəfindən qurulan Fransa İslam Şurası xaric olmaqla heç bir qurumun bu layihədə yer almamasının səbəbi, dövlətin müsəlmanlara inanmadığının sübutu olduğunu bildirən Louati, bu ifadələri işlədib:

“Fransız hökuməti müstəqil müsəlman istəmir. 30 ildir dövlət tərəfindən dəstəklənən təmsilçilər müsəlmanların adından danışır. Lakin kimsə bu təmsilçilərin 30 illik hesabatları haqda danışmağa ehtiyac duymur”.

Dövlətin dünyəviliyi öz məqsədləri üçün istifadə etdiyini, yeri gəldiyi zaman müsəlmanların haqlarını məhdudlaşdırmaq üçün bəhanə olaraq istifadə edilərkən, özünün İslama qarışaraq bu prinsipi tapdaladığını ifadə edən Louati, “Bu dünyəvilik anlayışı təkcə müsəlmanlara nəzarət etmək və qovmağa yararlıdır. Fransada həm sağ, həm də solçu partiyalar müsəlmanlara qarşı eyni ideologiyanı daşıyır, onları tapdalayaraq öz nəzarəti altında tutmağa çalışır” deyə qeyd edib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top