Fransa ordusunda xidmət edən müsəlman əsgərlər – FOTOLAR

Fransa ordusunda təxminən 2000 müsəlman hərbi qulluqçu xidmət edir.
Türkiyənin “Haber7” portalı Fransa Ordusunun Livanda xidmət edən müsəlman əsgərlərinin ibadət etdikləri zaman fotolarını dərc edib.
Din.az A24.Az-a istinadən xəbər verir ki, Fransa ordusunda təxminən 2000 müsəlman hərbi qulluqçu xidmət edir. Bu əsgərlərin 38-nə eyni zamanda imam vəzifəsi də tapşırılıb.
Əsgərlər ibadətləri ilə yanaşı imamların Quran dərslərində də iştirak edə bilirlər.