Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Futbolçu Arda çətin vəziyyətdədir – FETÖ-çülükdə günahlandırılır

Türkiyədə FETO ilə mübarizə davam etdirilir.

İstanbul Baş Prokurorluğu “Başakşehir”in yarımmüdafiəçisi Arda Turanla bağlı araşdırmalara başlayıb.

Din.az xəbər verir ki, Turan ölkədə çevrilişə cəhddə günahlandırılan Fətullah Gülənlə əlaqədə şübhəli bilinir.

O, FETÖ-nün futboldakı təşkilatlanması işində ittiham olunur. Eyni ittihamlar futbolçular Əmrə Bəlözoğlu, Okan Buruk və Bülənt Korkmaza qarşı da irəli sürülüb. Onların hamısı “FETÖ terror təşkilatına üzv olmaq”, “Təşkilata üzv olmadan könüllü olaraq dəstək vermək” maddələri üzrə təqsirli bilinirlər. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...