Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Futbolçu Hakan Şükürün atası FETÖ hadisələrində günahlandırılır

Türkiyədə FETÖ əməliyyatları davam etdirilir.

Türkiyənin tanınmış sabiq futbolçusu və deputatı Hakan Şükürün atası Selmet Şükürü 15 il müddətinə qədər həbs cəzası gözləyir.

Din.az xəbər verir ki, Sakarya Prokurorluğu FETÖ-nün dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində həbs edilən S.Şükür silahlı terror təşkilatına üzv olmaqda ittiham olunur. Onu 7 il 6 aydan 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Məhkəmə prosesi fevralın 5-də başlayacaq.

Qeyd edək ki, S.Şükür 2016-cı ilin avqustunda həbs olunub. H.Şükür və ailəsi isə 2015-ci ilin dekabrında Türkiyədən ABŞ-a gedib. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...