Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Gəldiyiniz yerə geri qayıdın” – Tramp bu qadınları təhqir etdi

Tramp Konqresin əcnəbi ölkələrdən olan qadın üzvləri barədə belə deyib …

ABŞ Prezidenti Donald Trampın Demokratlar Partiyasının 3 Konqres üzvü haqda sözləri etiraza səbəb olub.

Din.az xəbər verir ki, Tramp 3 senator qadın haqda “geridə qalmış ölkələrdən gəlmisiniz” kimi təhqiramiz ifadələrə yer verib.

ABŞ prezidenti ad çəkməsə də, hədəfində Demokratlar Partiyasının qadın üzvlərinin olduğu bildirilib.

Onlar Aleksandriya Okasiyo Kortez, Rəşidə Tlaib və Ayanna Presli İlhan Ömərdir.

Tramp Konqresin əcnəbi ölkələrdən olan qadın üzvləri barədə belə deyib:

“Gəldikləri ölkələr fəlakətin içində olan qadın senatorların dünyanın ən güclü xalqının necə idarə olunacağı barədə fikir deməsi çox qəribədir.

Niyə gəldikləri yerə gedib tamamilə qırılmış yerləri bərpa etmək işi ilə məşğul olmurlar? Sonra geri qayıdın və bunun necə edildiyindən danışın. Həmin ölkələrin dəhşətli dərəcədə sizin yarımınıza ehtiyacı var. Ümid edirəm ki, Nensi Pelosi səyahət işini sürətlə görəcək”. / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...