Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Gələcəkdə insanlar kar və kor olmayacaq?- ELMİ SENSASİYA

İnsanların görmə və eşitmə neyronları əvəz edilə biləcək.

Gələcəkdə görmə və eşitmə ənəgəlli insanlar ümumiyyətlə, gözə dəyməyə bilər. ABŞ-da hazırlanan xüsusi texnoloji layihənin problemi çözəcəyinə böyük inam var.

Din.az bildirir ki, beyinə yerləşdiriləcək FlatScope adlı texnoloji qurğu, xüsusi çip insanlarda zədələnmiş və sıradan çıxmış görmə və eşitmə neyronlarını əvəzləyə bilər.

ABŞ-ın Rays Universitetinin mütəxəssisləri tərəfindən 4 milyon dollar müqabilində aparılan texnoloji layihənin əsas hədəfi beyindəki neyronların iş mexanizmini hərəkətə keçirməkdir. Beyindəki kiçik mikroskop rolunu oynayan çip ətrafdan göndərilən təsvir və səs siqnallarını asanlıqla qəbul və emal etmək gücündə olacaq. Bu isə birbaşa korluq və karlıq üzərində qələbə demək olacaq. Layihənin rəhbəri Yakob Robinson məqsədlərinin ən birinci korluğa qalib gəlmək olduğunu bildirib. O, “cibimizdəki ağıllı telefonlara xüsusi çiplər vasitəsilə milyonlarla funksiya yerləşdirə biliriksə, bunu nə üçün insan beyninə də tətbiq etməyək” deyərək, layihə üzərində böyük həvəslə işlədiklərini bildirib.

Y.Robinsonun sözlərinə görə, çip insan beynindəki milyonlarla neyronu idarə etməklə bir çox funksiyaları hərəkətə keçirə biləcək. / Moderator.az

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...