Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Gələn il Azərbaycanda dini bayramlarla əlaqədar qeyri-iş günləri açıqlandı

Gələn il Azərbaycanda dini bayramlarla əlaqədar qeyri-iş günləri məlum olub. “Din.az”ın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2017-ci ildə 26, 27 iyun Ramazan bayramı, 1, 2 sentyabr Qurban bayramıdır. 25 və 27 iyun bazar ertəsi və çərşənbə axşamına təsadüf edir və müvafiq olaraq 2 gün qeyri-iş günü olacaq. Qurban bayramında isə 2 sentyabr şənbə gününə […]

Gələn il Azərbaycanda dini bayramlarla əlaqədar qeyri-iş günləri məlum olub.

“Din.az”ın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2017-ci ildə 26, 27 iyun Ramazan bayramı, 1, 2 sentyabr Qurban bayramıdır.

25 və 27 iyun bazar ertəsi və çərşənbə axşamına təsadüf edir və müvafiq olaraq 2 gün qeyri-iş günü olacaq.

Qurban bayramında isə 2 sentyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 4 sentyabr qeyri-iş günü olacaq.

Beləliklə, 3 sentyabr da bazar gününə təsadüfi etdiyi üçün gələn il Qurban bayramında 4 gün ardıcıl qeyri-iş günü olacaq.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...