Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Gənc qızlar əxlaqsız hərəkətləri ilə müsəlmanlara hörmətsizlik etdilər – VİDEO

Böyük Britaniyada məscidə qarşı çirkin hücum edilib.

İngiltərədə iki gənc qız namaz qılındığı zaman məscidin həyətinə donuz bastırması atıb və içəriyə spirtli içki tökərək gülərək hadisə yerindən uzaqlaşıblar.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, qızlar Böyük Britaniyada məscidə qarşı etdikləri çirkin hücumu sosial mediada bölüşüblər. Qızların əlindəki içki şüşələrini görən bir vətəndaş məscid ətrafında içki içməyin uyğun olmadığını deyəndə qızlar burada birini gözlədiklərini deyiblər.

Qızlardan biri kameraya donuz basdırmasını pəncərənin önünə qoyacağını deyən zaman digər qız basdırmanı məscidin giriş qapısına asmağını deyib.

Daha sonra məsciddən çıxan vətəndaşlar qızların nəzir qutusunun içinə cinsi məzmunlu oyuncaqlar qoyduqlarını görüblər. Məscidin vəzifəlisi bu hərəkətin qəbul edilməz olduğunu və qızların yaxalanması üçün iddia qaldıracağını deyib.

blob:https://www.dailymotion.com/6d412650-0cf7-4343-8bc0-ecb87b4757eb

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...