Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Elşad Miri Gəncədəki iğtişaşlar və Elmar Vəliyevdən danışdı: “Onu yaxından tanıyıram…” – VİDEO

Elşad Miri: “Elmar Vəliyev dinə qarşı deyil, mövhumata qarşı idi”.

Tanınmış ilahiyyatçı Elşad Miri Gəncədə baş verən iğtişaşlar və Elmar Vəliyevə qarşı törədilən terrorla bağlı öz fikirlərini paylaşıb.

Din.az bildirir ki, ilahiyyatçı mövzuyla bağlı düşüncə və bildiklərini videoçarx şəklində təqdim edib.

Elşad Miri videoda Elmar Vəliyevi yaxından tanıdığını, lakin Gəncənin icra başçısı seçiləndən sonra heç bir ünsiyyət qurmadığını qeyd edib. Elmar Vəliyevin din adına edilən mövhümata, xürafata qarşı çıxdığını deyən Elşad Miri “Ramazan ayında iftarları hər kəs bilir, amma özünün də oruc tutduğunu bəlkə də bir çoxları bilmir. Faktiki olaraq ölkə başçısının təyin etdiyi məmura qarşı bəyənsən də, bəyənməsən də bir təxribat, terror törədildi. Çox təəssüflər olsun ki, bu günləri həmin terror dinlə əlaqələndirilir” deyə məsələyə münasibət bildirib.

Daha sonra ilahiyyatçı bu kimi hadisələrdə kənar qüvvələrin rol aldığını deyib:

“Bu, müəyyən qrupların, kənar müdaxilələr nəticəsində baş vermiş hadisədir. Bu gün Azərbaycanda onların saytları fəaliyyət göstərir. Bu gün onların sosial media vasitəsiylə qruplaşaraq insanlara qarşı təxribatlar törətdikləri artıq məlumdur. Qeyd olunur ki, bir insan niyə mühafizəçi ilə gəzir? Mən sadə bir vətəndaşam, bununla bağlı bir çoxlarınızın xəbəri yoxdur, müəyyən dövlət orqanları təkcə mənimlə deyil, bir neçə nəfərlə bağlı təhdidlərlə əlaqədar bizi kənarda bu məsələlərdə müşayət etməyə çalışırdılar. Çünki sabah ölkə vətəndaşına qarşı törədilən bir təxribat fərqli şəkillərdə insanlara təqdim edilib xaos yaradıla bilər. Dövlət də bunun qarşısını almaq üçün çalışır”.

Din.az ilahiyyatçının çıxışını videoçarxda təqim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...