Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Gəncə hadisəsi: Qatilləri buna sövq edənlər… – Komitə sədri

“Hər dəfə bu mövzudan yazanda bunu “dini radikal qruplar” yazmağa ehtiyac yoxdur.”

İqtisadi, siyasi, ictimai sabitlik bütün ölkələr üçün olduğu kimi bizik üçün də vacibdir. Sabitliyin qorunmasında hüquq-mühafizə orqanları, medianın rolu çox vacibdir. Hesab edirəm ki, medianın milli maraqlar məsələsində həmrəyliyini görürük, bu da vacib məsələlərdən biridir.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, bu gün kimlərsə sosial məsələləri qabardaraq, demokratiya pərdəsi adı altında ictimai-siyasi sabitliyi pozmağa cəhd edir:

“Din amilindən istifadə edərək ictimai-siyasi sabitliyi pozmağa cəhdləri zaman-zaman hiss edirik. Son dövrlər bu məsələ qabarıq şəkildə özünü göstərir. Azərbaycanda din həssas mövzudur, əhalinin 96 faizi islam dininə inanır. Bu terroru törədənlərin ailələri, özləri araşdıranda onların dinə aid olmadığı görünür. Onlar xarici qüvvələr tərəfindən bu işlərə sövq edilir. Onlar müxtəlif ziyarətgahlara aparılır, fotolar yayılır, bununla da əməlləri din adına pərdələnir. Bu qruplara qarşı hüquq-mühafizə orqanları araşdırma aparır. Bunu araşdıranda həmin şəxslərin müəyyən qruplarla əlaqəsi görünür”.

M.Qurbanlı bildirib ki, medianın bu mövzuları işıqlandırmasında da diqqət edilməli olan məqamlar var:

“Hər dəfə bu mövzudan yazanda bunu “dini radikal qruplar” yazmağa ehtiyac yoxdur. Beynəxalq mediada yanlış olaraq islamla terror birlikdə səsləndirilir. Bu gün biz də bu cür terror hadisələrini islamla əlaqələndirməklə islamı terrorla bağlamış oluruq. Din adı altında gizlənən qruplar ifadəsini işlətsək, daha doğru olar. Dinin arxasınca “radikal” sözü gəlirsə, o, heç zaman din ola bilməz. Dinin çağırmadığını dinə bağlamaq doğru deyil. İŞİD-i geniş şəkildə təhlil etsək, onun da dinlə bağlı olmadığını görərik. Dini tam inkar edən ateistlər cəmiyyətimizdə çox deyil.

Apardığımız monitorinqlər nəticəsində məlum olur ki, Gəncə əhalisinin 4 faizi dini ayinlərin icrasında iştirak edir. Bunu səsləndirməyimin səbəbi Gəncədəki hadisələrin dinə bağlı insanların çox olması ilə əlaqələndirilməsidir. Halbuki digər regionlarda dinə bağlı, dini ayinləri icra edənlərin sayı daha çox olur. Mediada bu mövzulara toxunanda əsl dini dəyərlə bunu bürünən ekterimizsrt qurpları ayırmalıyıq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...