Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Gəncədə diri-diri yandırıldığı iddia edilən hicablı qadınla bağlı DİN-dən AÇIQLAMA

“Yayılan video təxribat xarakteri daşıyır”.

Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Gəncə şəhərində baş verdiyi iddia edilən qadının yandırılması videosu saxtadır, həmin hadisə Azərbaycanda baş verməyib.

Din.az bildirir ki, bunu “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin İnformasiya bölməsinin rəisi, polis polkovniki İlham Babayev bildirib.

O deyib ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən belə bir hadisə qeydə alınmayıb.

İ.Babayev mətbuatı bu kimi xəbərləri hazırlayarkən həssas yanaşmağa çağırıb.

DİN-in mətbuat xidmətinin Qərb Regional Qrupundan da “Report”un yerli bürosuna bildirilib ki, yayılan video təxribat xarakteri daşıyır: “Hadisəsinin guya Gəncə şəhərində baş verməsi tamamilə yalandır”.

Qeyd edək ki, yayılmış video görüntülərdə hicablı qadının dükanda bir kişi tərəfindən diri-diri yandırılması əks olunur. Bəzi xəbər saytları həmin hadisənin Gəncə şəhərində baş verdiyini iddia edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...