Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Gəncədə hərbçilərlə tolerantlıq və multikulturalizmlə bağlı görüş keçirilib – VİDEO

Hərbi hissələrdəki bütün əsgərlərin məlumatlandırılması nəzərdə tutulur

Gəncədə “Milli-mənəvi, mədəni dəyərlərimizi yad təsirlərdən qoruyaq” adlı tolerantlıq və multikulturalizm həftəsinə start verilib.

“Din.az” xəbər verir ki, Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tərbirlər planına əsasən həftəlik Multikulturalizm ili çərçivəsində reallaşır. Silahlı qüvvələrin bütün birlik, birləşmə, hərbi hissələri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində əsgər və zabitlərin mövzu ətrafında məlumatlandırılması nəzərdə tutulur.

Abdulla Qurbani – Müdafiə Nazirliyinin rəsmisi: “Silahlı qüvvələr cəmiyyətin bir hissəsidir. Azərbaycanda yaşayan müxtəlif xalqların övladları bu gün silahlı qüvvələrdə vətən qarşısında öz əsgəri borclarını şərəflə, vicdanla yerinə yetirirlər. Tolerantlıq və multikulturalizm həftəsi əsgərlərdə vətənpərvərlik hissinin və döyüş ruhunun qüvvətlənməsinə səbəb olacaq və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsinə zəmin yaradacaq”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...