Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Gəncədə Yəhudi Dini İcması fəaliyyətə başladı

Gəncə şəhərindəki Yəhudi Dini İcması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçərək fəaliyyətə başlayıb. “Din.az”ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, bunu icmanın rəhbəri Arif Babayev bildirib. Yəhudi Dini İcmasının rəhbəri deyib ki, hazırda yeni təsis edilən qurumun ətrafında 150 nəfərə yaxın yəhudinin birləşməsinə baxmayaraq, Gəncə şəhərində onların sayı ümumilikdə 300-dən çoxdur. Digər yəhudilər müsəlman […]

Gəncə şəhərindəki Yəhudi Dini İcması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçərək fəaliyyətə başlayıb.

“Din.az”ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, bunu icmanın rəhbəri Arif Babayev bildirib.

Yəhudi Dini İcmasının rəhbəri deyib ki, hazırda yeni təsis edilən qurumun ətrafında 150 nəfərə yaxın yəhudinin birləşməsinə baxmayaraq, Gəncə şəhərində onların sayı ümumilikdə 300-dən çoxdur. Digər yəhudilər müsəlman dinini qəbul etdikləri üçün onlar dini icmada təmsil olunmurlar. Lakin istər ilkin vətənləri İsraillə, istərsə də dini icmanın üzvləri ilə sıx əlaqə saxlayırlar.

Dini icma rəhbəri qeyd edib ki, əsrlərlə Azərbaycanda sülh və qardaşlıq şəraitində yaşayan yəhudilər yerli mədəniyyəti mənimsəməklə yanaşı, özlərinin doğma dillərini, adət-ənənələrini və dinlərini unutmayıblar. İcma ətrafında birləşən yəhudilər hər həftə bir yerə toplaşaraq özlərinin dini ayinlərini icra edir, müqəddəs günlərini və bayramlarını qeyd edirlər.

A.Babayev onu da vurğulayıb ki, Gəncə şəhərində fəaliyyətə başlayan Yəhudi Dini İcmasının tərkibində həm Aşginazi, həm də Buxara və dağ yəhudiləri təmsil olunurlar. İcma rəhbəri nəzərə çatdırıb ki, dini icmada ravvinə olan ehtiyacı həll edildikdən sonra Gəncə şəhərində sinaqoqun tikintisi də gərçəkləşdiriləcək.

MÜZAKİRƏ

1 şərh Gəncədə Yəhudi Dini İcması fəaliyyətə başladı üçün

  1. Heci dedi:

    hele bu harasidiki

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...