Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Gənclər arasında milli-mənəvi dəyərlərin təbliği” adlı layihə çərçivəsində Astarada tədbir keçirilib

Dini radikalizm, narkomaniya, erkən nikahlar və onların fəsadları …

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Astara rayonu Sığaloni kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Gənclər arasında milli-mənəvi dəyərlərin təbliği” adlı layihə çərçivəsində rayonun Ojəkəran kəndində maarifləndirici tədbir keçirilib.

Din.az Metbuat.az-a istinadən xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları Turan Həsənzadə, Emin Həmidli, Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısının Kijəbə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Sədail Qasımov, Kijəbə qəsəbə məscidi dini icmasının sədri və İmamı Ələkbər İsayev, Sığaloni kənd məscidi dini icmasının sədri Bahadur Mahmudov, Sığaloni kənd məscidinin İmamı Rəhman Muradov, Lovayın kənd məscidinin İmamı Nurəddin Mərufov və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.
Çıxışlar zamanı dini radikalizm, narkomaniya, erkən nikahlar və onların fəsadları müzakirə edilərək gənclərin bu kimi zərərli vərdişlərdən qorunmasının vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Bu baxımdan kənd ictimaiyyətinin və ağsaqqalların üzərinə mühüm vəzifələr düşdüyü vurğulanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...