Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Gənclərin dini radikalizm, narkomaniya və erkən nikahlardan qorunması” mövzusunda tədbir keçirilib

Gənclərə zərərli vərdişlərə və erkən nikahlara qarşı qətiyyətli olmaları tövsiyə edilib.

Ötən gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə Qumbaşı kənd tam orta məktəbində “Gənclərin dini radikalizm, narkomaniya və erkən nikahlardan qorunması” mövzusunda tədbir keçirilib.

Din.az xəbər verir ki, tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axundzadə, məktəbin direktoru Sübhi Rəcəbov, müəllimlər və şagirdlər iştirak edib.


Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sübhi Rəcəbov çıxışında mövzunun aktuallığı ilə bağlı fikirlərini bildirib.

Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axunzadə çıxışında gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunmasının vacibliyinə diqqət çəkib. C.Axundzadə gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasının əhəmiyyətini qeyd edib.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında dövlətin yeniyetmə və gənclərin yüksək təhsil almaları və asudə vaxtlarının səmərəli təşkili üçün gördüyü işlərdən danışıb. Z.İsmayılov gənclərə zərərli vərdişlərə və erkən nikahlara qarşı qətiyyətli olmalarını tövsiyə edib. DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında dini radikalizm, erkən nikah və onların fəsadları haqqında məlumat verərək gənclərin bu baxımdan diqqətli olmalarının vacibliyini vurğulayıb. Natiq milli-mənəvi dəyərlərimizin gənclər arasında təbliğ edilməsinin dini radikalizmə və erkən nikaha qarşı mübarizədə effektivliyini diqqətə çatdırıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...