Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

“General Süleymani ölməlidir!” – ABŞ və İsrail anlaşdılar

“Qüds Korpusu”nun komandanına qarşı sui-qəsd hazırlanır.

ABŞ və İsrail İranın ən məşhur hərbçilərindən biri, “İslam İnqilabı Keşikçiləri Korpusu”ndakı “Qüds Korpusu”nun komandanı, ordu generalı Qasım Süleymaninin sui-qəsdlə qətlə yetirilməsi planı ilə bağlı anlaşıblar.

Din.az bildirir ki, bu barədə Küveytin “Əl Cəridə” qəzeti xəbər yayıb.

İsrail 3 il əvvəl Suriyanın paytaxtı Dəməşqin yaxınlığında general Süleymanini qətlə yetirəcəkdi. Lakin ABŞ İranı xəbərdar edib və sui-qəsd baş tutmayıb.

General Süleymani ilə yanaşı, İranın Suriyadakı “ikinci adamı” kimi tanınan Məhəmməd Rza Fəlahzadə də ABŞ və İsrailin hədəfindədir.

“Qüds korpusu”nun komandanı Q.Süleymaninin müavini ötən il Suriya-İraq sərhədində sui-qəsd nəticəsində həlak olmuşdu.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...