Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

GMİ sədri: “Gürcüstan müsəlmanları ölkədə marixuana yetişdirilməsini qəbuledilməz sayırlar”

“Bununla Gürcüstanın beynəlxalq imicinə xələl gələcək”.

“Gürcüstan müsəlmanları ölkədə marixuananın ixrac məqsədi ilə yetişdirilməsini qəbuledilməz sayırlar”.

Din.az bildirir ki, bunu Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri şeyx Hacı Ramin İgidov keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, marixuananın yetişdirilməsinə icazənin verilməsi işsizlik fonunda gələcək nəsil üçün zərərli olacaq.

GMİ sədri hesab edir ki, marixuana ixrac etməklə Gürcüstanın adı narkotik vasitələrlə assosiasiya olacaq, bu da ölkənin beynəlxalq imicinə mənfi təsir göstərəcək.

R.İgidov GMİ-nin marixuananın istehsalını nəzərdə tutan qanunun qəbul olunmaması üçün dövlət qurumlarına müraciət edəcəyini bildirib. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...