Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“GoMap” Azərbaycan məscidlərinin axtarış xəritəsini təqdim edib

Ölkədə rəsmi qeydiyyatda olan və hazırda fəaliyyət göstərən məscidlərin dəqiq ünvanları haqqında məlumat…

“GoMap” Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) saytı üçün Azərbaycan məscidlərinin axtarış xəritəsini təqdim edib.

“Din.az”ın Trend-ə istinadən verdiyi xəvərə əsasən bunu QMİ-dən bildiriblər.

QMİ-nin təqdim etdiyi siyahı üzrə “GoMap.az” layihəsi tərəfindən hazırlanmış axtarış xəritəsi ölkədə rəsmi qeydiyyatda olan və hazırda fəaliyyət göstərən məscidlərin dəqiq ünvanları haqqında məlumat verir. İnteraktiv axtarış xəritəsini açmaq üçün QMİ-nin rəsmi internet saytının (www.qafqazislam.com) “Məscidlər” bölməsinə daxil olmaq tələb olunur.

Xəritədən istifadə etməklə istənilən məscidə tərəf hərəkət edən marşrut nömrələrini, habelə yaxındakı ictimai nəqliyyat dayanacaqları haqda məlumat əldə etmək olar. Mobil istifadəçilər xəritəni açmaq üçün “m.gomap.az/qafqazislam” keçidindən yararlana bilərlər. Hazırda bu keçid Android və iOS əməliyyat sistemlərini dəstəkləyən smartfonlar üçün nəzərdə tutulub.

“GoMap.az” portalından verilən xəbərə görə, bir neçə ay içində mobil istifadəçilər xəritəni birbaşa QMİ-nin rəsmi saytından aça biləcəklər və xəritə Android, və iOS ilə yanaşı Windows əməliyyat sistemlərini də dəstəkləyəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...