Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Google” qadınları izləyən tətbiqi silməkdən imtina etdi

Texnoloji giqantları “Səudiyyə Ərəbistanlı qadınlarının əsarətində əlbir” adlandırdılar.

“Google” Səudiyyə Ərəbistanında qadınların izlənməsini və onlara kişilər tərəfindən nəzarət etməyə imkan verən mübahisəli tətbiqi silməkdən imtina etdi.

Din.az Milli.Az-a istinadən bildirir ki, diqqət altında olan “Absher” tətbiqi kişilərə qadınların səyahət etməsinə icazə verib-verməməsini təmin edir, üstəlik, qadınların pasportdan istifadəsi zamanı kişilərə bu barədə sms-bildiriş göndərir.

Xatırladaq ki, “Apple” və “Google” ötən ay bu tətbiqlə bağlı tənqidlə üzləşib. ABŞ Konqresinin 14 üzvü “Apple”-ın baş direktoru Tim Kuka və “Google”-un baş direktoru Sundar Piçaiyə tətbiqin hostinqini durdurmaqları tələbi ilə məktub ünvanlamışdı. Onlar texnoloji giqantları “Səudiyyə Ərəbistanlı qadınlarının əsarətində əlbir” adlandıraraq, şirkətləri cinsi diskriminasiyaya, qadın haqlarının pozulmasına yol verməkdə ittiham ediblər.

Bu ittihamlardan sonra hər iki şirkət həm “Google Play”, həm “Apple”-ın tətbiq mağazasından yüklənən tətbiqlə bağlı araşdırmalara başladı. Araşdırmanın nəticəsi olaraq, “Google” bildirib ki, tətbiqin kişilərə yaratdığı imkanlar “Google”-un xidmət şərtlərini pozmur. Krallığın Daxili İşlər Nazirliyinə məxsus və onun tətərfindən idarə olunan “Absher” tətbiqi əvvəlki kimi satışda olacaq.

Qeyd edək ki, “Google” tətbiqin “Google Play”-də qalmasına razılıq versə də, “Apple”-da araşdırma davam edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...