Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Goranboyda tapılan 104 yaşlı qadın Çeçenistana göndərildi

104 yaşlı qadın Çeçenistanda yaşamaq istəyib.

Goranboyda küçədə tapılan 104 yaşlı Mədinə Əliyeva Çeçenistana göndərilib.

Din.az xəbər verir ki, bu barədə azvision.az-a “Tereza Ana” sığınacağından məlumat verilib.

Bildirilib ki, Mədinə Əliyeva Azərbaycan Daxili İşlər Nazirliyi və Çeçenistandan olan nümayəndəliyin köməkliyi ilə bu ölkəyə yola salınıb.

“Ona Bakıda lazım olan müvafiq tibbi yardım göstərilib. Lakin qadın Çeçenistanda yaşamaq istəyib”, – deyə sığınacaqdan bildirilib.

Qeyd edək ki, Yeni il bayramı ərəfəsində 104 yaşlı çeçen əsilli Mədinə Əliyeva Goranboy rayonunda tapılıb. Qadının bildirdiyinə görə, onu Mərbəla adı ilə Goranboya gətiriblər. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...