Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Gözəllik yarışmasına hicabda qatılan model tarixə düşdü – FOTO

Müsabiqəyə hicabda qatılmasına baxmayaraq, finala qədər yüksəldi.

İngiltərədə gözəllik yarışmasına hicabda qatılan model Model Sara İftekhar finala qədər yüksəlib.

Din.az xəbər verir ki, İngiltərədə Haddersfild Universitetinin hüquq fakültəsində təhsil alan 20 yaşlı Sara “Miss England” gözəllik müsabiqəsində iştirak edib. O, müsabiqəyə hicabda qatılmasına baxmayaraq, finala qədər yüksələ bilib. Müsabiqənin əsas qalibi isə gələn həftə seçiləcək.

Sara instaqramda bildirib ki, müsabiqədə heç vaxt unudulmayacaq bir təcrübə qazanıb:

“Burada finala qədər yüksələcəyimi düşünməzdim. Hər kəs necə görünməsindən asılı olmayaraq, özünə görə gözəldir. Çəki, boy, irq, dəri rəngi və s. amillər əhəmiyyətsizdir”.

Müsabiqə eyni zamanda Cənubi Amerikada, Şri-lankada və Rusiyadakı yardıma ehtiyacı olan uşaqlara dəstək məqsədilə keçirilir. Sara da bu quruma dəstək olur və fond toplanmasına yardımçı edir.

Qeyd edək ki, Sara “Miss England” titulunu əldə edərsə, Çinin Sona şəhərinə gedib İngiltərəni “Miss World” yarışmasında təmsil edəcək. /publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...