Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Gözlənilməz xəbər: Fətullah Gülən ölüm ayağında… – Təfərrüat

O, hər 15 iyul günü Fətullah Gülənin malikanəsinin önünə gedərək etiraz aksiyası keçirdiyini bildirdi.

Türkiyənin tanınmış ictimai xadimi “Sisi” ləqəbli Seyhan Soylu FETÖ lideri Fətullah Gülənin ölüm ayağında olduğunu iddia edib.

Din.az xəbər verir ki, bu barədə danışan Soylu hər 15 iyul günü Pensilvaniyada yerləşən Fətullah Gülənin malikanəsinin önünə gedərək etiraz aksiyası keçirdiyini bildirib.

Sonuncu dəfə malikanənin önünə getdiyi zaman qəribə durumla qarşılaşıb. Belə ki, o, Pensilvaniya Universitet Xəstəxanasının önündən keçərkən başı örtülü dua edərək ağlayan qadınları gördüyünü, ancaq buna elə də məhəl qoymadığını söyləyib.

O, malikanənin önünə gəldikdən sonra geri qayıdarkən yanacaq stansiyasına döndüyünü, orada benzin dolduran iordaniyalı bir nəfərdən Güləni tanıyıb-tanımadığını soruşduğunu bildirib.

İordaniyalı isə Güləni tanıdığını, hətta onunla tanış olduğunu deyib. Belə ki, o, Gülənin müsəlmanları iftar süfrəsinə çağırdığı vaxt onunla tanış olduğunu söyləyib. Daha sonra o qeyd edib: “Gülən 3 gün öncə xəstəxanaya yerləşdirilib, 15 gün öncə də malikanədən silah səsləri eşidilib. Çox sayda da polis toplanmışdı. Heç burada bu qədər polis görməmişdik. Onsuz da Gülən çox xəstədir. Ramazanda əlləri tit-tir titrəyirdi”.

Gülənin xəstəxanada yatdığını öyrənən Soylu dərhal oraya gedib və FETÖ liderinə görə toplaşan insanların arasına qatılıb. Öyrənib ki, Gülən mədəaltı vəzi xərçəngidir. 3 dəfə xəstəxanaya yerləşdirilib və hazırda da vəziyyəti ağırdır.

“Sisi” eşitdikləri ilə kifayətlənməyib və xəstəxanaya daxil olaraq Güləni ziyarət etmək istədiyini bildirib, ancaq ona ailə üzvlərinin ziyarət edə biləcəyi söylənilib. Bununla da Gülənin xəstəxanaya yerləşdirildiyinə əmin olub.

Qeyd edək ki, daha öncə də F.Gülənin öldüyü barədə xəbərlər yayılmışdı. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...