Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Güclü və müstəqil Azərbaycan Xocalı faciəsinin təkrarlanmayacağının zəmanətidir” – Aleksandr Boroda

“Biz, Holokostu yaşamışıq. Mülki günahsız insanların öldürülməsinin nə olduğunu anlayırıq”.

“Yəhudi xalqı Azərbaycan xalqının ağrı-acısını başqalarından daha yaxşı anlayır”.

Din.az Metbuat.az-a istinadən xəbər verir ki, bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiyanın Yəhudi İcmaları Federasiyasının prezidenti Aleksandr Boroda bildirib: “Biz, Holokostu yaşamışıq. Mülki günahsız insanların öldürülməsinin nə olduğunu anlayırıq. Biz Azərbaycan xalqının dərdinə şərikik. Xocalı qurbanlarının xatirələrinin gənc nəslin qəlbində yaşaması üçün bu faciəni unutmamağa çağırırıq. Bu, belə hadisənin heç vaxt təkrarlanmayacağının zəmanəti olacaq”.

A. Boroda bu ilin yanvarın 29-da Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Holokost Gününə həsr olunan gecə keçirildiyini xatırladıb: “Bu gecədə Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Benyamin Netenyahu iştirak edirdilər. Benyamin Netenyahu çıxışında bildirdi ki, müstəqil və güclü İsrailin mövcudluğu Holokostun bundan sonra heç vaxt təkrarlanmayacağının zəmanətidir. Mən, bu sözləri Xocalı faciəsi barədə demək istəyirəm. Güclü və müstəqil Azərbaycan Xocalı faciəsinin heç vaxt təkrarlanmayacağının zəmanətidir. Mən, Azərbaycan xalqına belə faciələrin bir daha olmamasını, Azərbaycanın müstəqilliyini, vətəndaşlarının azadlığını və təhlükəsizliyini müdafiə etmək üçün diplomatik, siyasi və hərbi səviyyədə gücə və imkana malik olmasını arzulayıram”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...