Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Gülən Misirə gələcəyinə söz verdi

Türkiyə FETÖ təşkilatına qarşı mübarizəni davam etdirir.

Misir lideri Əbdülfəttah Sisinin özü ilə birlikdə Nyu Yorka apardığı TEN TV kanalının müxbiri Nəşət əl-Dihi FETÖ lideri Fətullah Güləndən müsahibə alıb.

Din.az Axar.az-a istinadən xəbər verir ki, Güləni malikanəsində ziyarət edən jurnalist onun ABŞ kəşfiyyatının himayəsində olduğunu və mühafizə edildiyini qeyd edib.

Müsahibə zamanı Gülən Sisinin xalqın mənafeyini qoruyan bir lider olduğunu söyləyib və onun üçün dua etdiyini bildirib.

Bundan əlavə, Dihi Güləni Misirə dəvət etdiyini də açıqlayıb:

“Misirə dəvət etdim və mənə ölkəmizə gələcəyi ilə bağlı vəd verdi. Bu onun böyük xəyalı və arzusudur. Prezident Əbdülfəttah Sisi üçün dua etdi”.

Qeyd edək ki, Türkiyə mətbuatı sözügedən jurnalistin jurnalist kimliyi altında Misir kəşfiyyatına çalışdığını yazır. Bəzi mənbələr onu FETÖ-nün Misirdəki təmsilçisi kimi xarakterizə edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...