Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Gülənçi”lər Azərbaycandan və Ukraynadan Türkiyəyə aparıldılar

FETÖ strukturlarının Azərbaycan üzrə “məsulu” ələ keçirilib.

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) əməkdaşları Fətullah Gülən terror təşkilatının (FETÖ) iki üzvünü Azərbaycan və Ukraynadan Türkiyəyə gətiriblər.

Din.az bildirir ki, Türkiyəyə gətirilənlər Gülən hərəkatının Azərbaycan üzrə “xəzinədar”ı və Gülən tərəfdarlarının Türkiyənin Mersin əyaləti üzrə “imamı”dır.

Məlumatlara əsasən, Azərbaycanda saxlanılan İsa Özdəmir və Ukraynada tutulan Salih Zəki İgit iyulun 12-də İstanbula gətiriliblər. Onların hər ikisinə qarşı terror təşkilatına üzv olmaqda ittiham irəli sürülüb.

Özdəmir 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Bir müddət FETÖ strukturlarının Azərbaycan üzrə “məsulu” olub.

Salih Zəki İgit isə FETÖ adından Mersin əyalətindəki iş adamlarından vergi toplayıb. Toplanan vəsait ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənə göndərilib.

2016-cı il 15 iyul hərbi çevriliş cəhdinin iflasa uğramasından sonra İgit Ukraynaya qaçıb. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...