Gülənin gizli məktub üzə çıxdı – FOTO

Türkiyədə FETÖ təşkilatına qarşı mübarizə davam etdirilir.
Türkiyənin Adana şəhərində FETÖ və PYD terror təşkilatları ilə əlaqədə olan 38 nəfər saxlanılıb.
Din.az xəbər verir ki, saxlanılan şəxslər FETÖ və PYD terror təşkilatları üçün yığılan pulları həbsdə olan üzvlərin ailələrinə çatdırmaqda şübhəli bilinirlər.
Axtarış zamanı evlərdən birində FETÖ lideri Fətullah Gülənin 1965-ci ildə Türkiyədəki erməni patriarxı Şinork Kalustyana yazdığı məktub tapılıb. Məktubda FETÖ-nün qondarma “erməni soyqırımı”nı tanıdığı qeyd olunub. / Metbuat.az