Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Gülənin taleyi bu gün həll olunur – Görüş başladı

Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsi müzakirə olunur.

ABŞ nümayəndə heyəti ilə FETÖ lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsinin müzakirə olunacağı toplantılardan birincisi bu gün Ankarada keçiriləcək.

Din.az xəbər verir ki, Hüquqi Məsələlərə dair İşçi Qrupun toplantısının əsas gündəm maddələri FETÖ üzvlərinin və İzmirdə həbsxanada saxlanılan rahib Bransonun ekstradisiyası olacaq.

Fetullah Gülen, Fetullah Gülen empfängt Besucher in seiner Residenz in den Bergen von Pennsylvania. Hier lebt er zurückzogen seit 1999. Fetullah Gülen, So lebt Erdogans Feind Nummer eins im Exil: Gülen schläft auf einer Matratze auf dem Boden, an der Wand seines Schlafzimmers hängen unter anderem ein Bild vom Felsendom in Jerusalem und eine türkische Flagge. Gülens Wohnung ist voll mit Erinerungsstücken und Präsenten seiner Anhänger. An einer Wand hängt ein groÃes Bild von Istanbul und der Blauen Moschee. Es gibt Tische und Schränke mit Tellern, Vasen und Weltkugeln.Â

Hər iki ölkənin ədliyyə, xarici siyasət və kəşfiyyat orqanları əməkdaşlarının iştirakı ilə keçiriləcək iclasdan sonra mətbuata açıqlama veriləcək.

“Təqdim etdiyimiz sübutlar və sənədlər rəsmi şəkildə masaya qoyulacaq. Artıq Menbiçdə olduğu kimi, bu mövzularda da vaxt keçirmək dövrü bitəcək. ABŞ-la münasibətlərin normallaşdırılması və FETÖ lideri Gülənin qaytarılması yeni dönəmdə də prioritet məsələlərdən biri olacaq”, – XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

Qeyd edək ki, danışıqlar zamanı may ayında ABŞ-da 32 ay müddətinə həbs olunan keçmiş “Xalqbank” sədr müavini Hakan Atilla işinin də gündəmə gətirilməsi nəzərdə tutulur. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...