Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Gündüz İsmayılov: “Dini zəmində ayrı-seçkilik yaratmağa çalışan qüvvələrin əsas hədəfi yeniyetmə və gənclərdir”

“Dini radikalizmə qarşı mübarizədə ardıcıl, sistemli və intensiv maarifləndirmə mühüm rol oynayır”.

“Dini zəmində ayrı-seçkilik yaratmağa çalışan qüvvələrin əsas hədəfi yeniyetmə və gənclərdir”.

Din.az “Report”a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov deyib.

O bildirib ki, bu kontingentlə sıx təmasda olan müəllimlərin üzərinə böyük məsuliyyət düşür: “Dini radikalizmə qarşı mübarizədə ardıcıl, sistemli və intensiv maarifləndirmə mühüm rol oynayır. Eyni zamanda bu sahədə yad dini-ideoloji təsirlərin qarşısının alınması istiqamətində ənənəvi İslam dəyərlərinin təbliği mühüm rol oynayır. Azərbaycanda dini radikalizmin yayılmasına qarşı həyata keçirilən maarifləndirmə tədbirləri müsbət nəticəsini verməkdədir. Davamlı olaraq respublikanın bütün şəhər və rayonlarında milli-mənəvi və dini dəyərlərimizin, həmçinin ölkəmizin tolerantlıq və multikultural ənənələrinin təbliği və təşviqi üçün çox böyük işlər görülür”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...