Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Gürcü kilsəsi ABŞ səfirini ittiham etdi

“ABŞ hökuməti səfirin simasında bizim ölkənin daxili işlərinə müdaxilə edir”.

ABŞ-ın Gürcüstandakı səfiri Elizabet Rud ölkədəki situasiyanı gərginləşdirir.

Din.az bildirir ki, bu ittihamı Gürcü Pravoslav Kilsəsinin rəsmisi David İsakadze irəli sürüb.

“Gürcüstandakı prosesləri kimin idarə etdiyi aydın görünür. Biz həqiqətən istəyirik ki, müstəqil dövlət olaq. ABŞ hökuməti səfirin simasında bizim ölkənin daxili işlərinə müdaxilə edir. O istəyir ki, prosesləri idarə edib, situasiyanı gərginləşdirsin, insanları bir-birilə toqquşdursun”, – o bildirib.

Qeyd edək ki, dünən Gürcüstanda LGBT fəallarının aksiyası keçirilib. Onlarla bərabər millətçilərin də yürüşü baş tutub. Tərəflər arasında toqquşma da baş verib.

Gürcüstan Patriarxlığı aksiyadan öncə məlumat yayaraq yürüşü pisləyib və hökuməti onun qarşısını almağa çağırıb. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...