Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Gürcü nazirdən Keşikçidağ məbədilə bağlı açıqlama

“Hər iki tərəf üçün məqbul qərar qəbul olunacaq”.

Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın növbəti iclası Tiflisdə iyunun sonunda keçiriləcək.

Din.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərə bildirib.

Onun sözlərinə görə, danışıqların ikinci mərhələsinə qədər mütəxəssislər vəziyyətlə yerində tanış olacaqlar: “Həm Azərbaycan, həm də Gürcüstan tərəfinin istəyi deməyə əsas verir ki, hər iki tərəf üçün məqbul qərar qəbul olunacaq”.

Qeyd edək ki, komissiyanın ilk iclası mayın 23 və 24-də Bakıda keçirilib. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...