Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Gürcü vitse-spikerdən Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı açıqlama

“İki ölkə arasında sərhəd məsələsi həll olunmalıdır”.

Gürcüstan və Azərbaycan arasında sərhəd məsələsi həll olunmalı və demarkasiya işləri aparılmalıdır.

Din.az xəbər verir ki, bunu jurnalistlərə Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski deyib.

O, Gürcüstan Prezidenti Salome Zurabişvilinin Keşikçi Dağı Məbəd-Kompleksi ətrafında yaranmış vəziyyətdə günahlandırılmasını əsassız hesab edir: “Salome Zurabişvili Gürcüstanın dövlət maraqlarına xidmət edir və bu da Azərbaycanın maraqlarına zidd deyil. Gürcüstan və Azərbaycanın maraqları üst-üstə düşür. İki ölkə arasında sərhəd məsələsi həll olunmalıdır”.

Qeyd edək ki, S.Zurabişvili aprelin 20-də Azərbaycanla sərhəddə yerləşən Keşikçi Dağı Məbəd-Kompleksinə baş çəkib. O, sərhədçilərlə görüşdən sonra bildirib ki, Gürcüstan-Azərbaycan sərhədinin müəyyən edilməsi üzrə məsələni tezliklə həll etmək lazımdır. Prezidentin sözlərinə görə, bu məsələni təxirə salmaq olmaz. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...