Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Gürcüstan azərbaycanlıları Azərbaycanda dini təhsil ala biləcəklər

Dini təhsil azərbaycanlılar üçün ayrılması nəzərdə tutulan kvota çərçivəsində mümkün olacaq.

“Gürcüstanın azərbaycanlı vətəndaşları Azərbaycanda dini təhsil ala biləcəklər”.
Din.az bildirir ki, bunu Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın Saqareco rayonunda Azərbaycan icmasının nümayəndələri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda dini təhsil Gürcüstan azərbaycanlıları üçün ayrılması nəzərdə tutulan kvota çərçivəsində mümkün olacaq.

Dövlət Komitəsinin sədri deyib ki, Gürcüstanda qeyri-ənənəvi dinlər geniş yayılıb: “Gürcüstanın müsəlman din xadimləri Azərbaycanda təhsil alsalar, bu cür dini cərəyanların qarşısı alına bilər”. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...