Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Gürcüstan azərbaycanlıları Ramazan bayramını qeyd edir

Tbilisi Cümə məscidində bayram namazı qılınıb.

Gürcüstanda yaşayan azərbaycanlılar Müqəddəs Ramazan bayramını qeyd edirlər.

Din.az xəbər verir ki, Tbilisi Cümə məscidində bayram namazı qılınıb.

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Hacı Ramin İgidov namazdan öncə müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib. O, tutulan orucların, dua və ibadətlərin Allah tərəfindən qəbul olunmasını diləyib.

GMİ sədri Gürcüstana sülh və əmin-amanlıq, müsəlmanlara rifah və tərəqqi arzulayıb.

R.İgidov fitrə zəkatının miqdarı və faydaları barədə danışıb, dindarları maraqlandıran sualları cavablandırıb.

Daha sonra bayram namazı qılınıb. Namaza İranın Gürcüstandakı səfiri Seid Cavadi də qatılıb.

Bayram namazları azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunun məscidlərində də qılınıb.

Qeyd edək ki, Gürcüstanda Ramazan bayramı ötən gündən qeyd olunur. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...