Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Gürcüstan müsəlmanları dini hisslərin təhqir olunmasına görə cəzaların tətbiqini dəstəkləyir

Dini hissləri təhqir edənlər ciddi cəzalandırılmalıdır.

Gürcüstan müsəlmanları dini hisslərin təhqirinə görə cəzaların tətbiq olunmasının tərəfdarıdır.

Din.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Yasin Əliyev bildirib. O hesab edir ki, dini hisslərin təhqir olunması ilə bağlı qanunun qəbulu dini ədavətin alovlanmasının qarşısını ala bilər: “Son vaxtlar dini hisslərin təhqir olunması faktlarının artması fonunda qanunla bu halların qarşısını almaq olar. Qanun həm də bu cür halların fiziki qarşıdurmaya keçməsinə yol verməz”.

Qeyd edək ki, Gürcüstan parlamentinin İnsan haqları və vətəndaş inteqrasiyası komitəsində dini hisslərin təhqir olunmasına qarşı cəza və cərimələrin tətbiqi ilə bağlı müzakirələr aparılır. Qanun layihəsinə əsasən, dini hissləri təhqir etmiş şəxslərə qarşı 1 ilə qədər həbs cəzası və ya cərimə tətbiq oluna bilər. Layihənin müzakirəsi ilə bağlı işçi qrupunun da yaradılacağı gözlənilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...