Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Gürcüstan Patriarxlığı: “Azərbaycanla sərhədlə bağlı danışıqları diqqətlə izləyirik”

“Ümid edirik ki, Gürcüstanın maraqları tam olaraq qorunacaq”.

“Gürcüstan Patriarxlığı Azərbaycan tərəfi ilə sərhəd məsələsi ilə bağlı danışıqlar prosesini diqqətlə izləyir”.

Din.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat xidmətinin rəhbəri Andria Caqmaidze özünün “Facebook” səhifəsində yazıb.

“Azərbaycan tərəfi ilə danışıqlar davam etdirilir. Prosesdə Xarici İşlər Nazirliyi iştirak edir. Ümid edirik ki, Gürcüstanın maraqları tam olaraq qorunacaq”, – deyə o bildirib.

Qeyd edək ki, daha əvvəl Gürcüstanın XİN rəsmisi Azərbaycanla sərhədlə bağlı keçirilən iclas barədə məlumat verib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...