Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Gürcüstan Patriarxlığı: Erməni Apostol kilsəsi Kumurdo kilsəsinə iddiasının olmadığını bildirib

Patriarxlıq Kumurdo kilsəsi ilə bağlı hər hansı təxribatın qəbuledilməz olduğunu bildirib.

Gürcüstan Patriarxlığı sentyabrın 30-da Samtsxe-Cavaxeti bölgəsinin Kumurdo kəndində kilsə ərazisində yerli erməni sakinlərin iştirakı ilə baş vermiş insidentlə bağlı bəyanat yayıb.

Din.az APA-ya istinadən bildirir ki, insidentlə bağlı Patriarxlıqda müvafiq dövlət qurumları, gürcü Ortodoks kilsəsi və erməni Apostol kilsəsinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Bəyanatda bildirilib ki, Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi 2015-ci ildən etibarən Kumurdo kəndində X əsrə aid kilsədə bərpa işləri aparır. “Kilsə ərazisində arxeoloji qazıntılar zamanı bir sıra artefaktlarla yanaşı qəbirlər və insan qalıqları aşkar olunub.

Həmin insan qalıqları müvəqqəti olaraq müəyyən yerdə yerləşdirilib və yerli əhali razılıq olmadan həmin yerdə erməni xaçı – xaçkar quraşdırmaq istəyib”.

Patriarxlıq bəyanatda qeyd edib ki, kilsənin mənşəyi barədə dezinformasiyalar yaranıb: “Erməni Apostol kilsəsi Kumurdo kilsəsinə iddiasının olmadığını təsdiq edib. Kilsə dini abidənin Gürcüstana məxsus olduğunu hesab edir”.

Patriarxlıq Kumurdo kilsəsi ilə bağlı hər hansı bir zorakılıq və təxribatın qəbuledilməz olduğunu bildirib.

Qeyd edək ki, kilsə ərazisində baş vermiş insident zamanı yerli sakinlər və polis əməkdaşları arasında qarşıdurma yaranıb. Gürcüstanın Daxili İşlər Nazirliyi insidentlə bağlı istintaq aparır.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...