Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Gürcüstan Patriarxlığı: Gürcüstan və Azərbaycanın dostluq münasibətləri çox önəmlidir

“Gürcüstan Pravoslav Kilsəsi münasibətləri qoruyub saxlamağın və daha da inkişaf etdirilməsinin tərəfdarıdır”.

“Gürcüstan və Azərbaycanın dövlət və xalqları arasında dostluq münasibətləri çox önəmlidir”.

Din.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Patriarxlığının protopresviteri (baş keşiş-red) Giorgi Zviadadze Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, Gürcüstan Pravoslav Kilsəsi bu münasibətləri qoruyub saxlamağın və daha da inkişaf etdirilməsinin tərəfdarıdır: “Gürcüstan Pravoslav Kilsəsi və Gürcüstan Patriarxlığı iki qardaş xalq arasında münasibətləri qoruyub saxlayacaq. Bu münasibətlərin daha da gücləndirilməsini, dostluq və qardaşlığın daimi olmasını arzu edirik”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...