Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Gürcüstan Patriarxlığı Keşikçi Dağla bağlı bəyanat yaydı

“Gürcü kilsəsi onun müdafiəsi üçün hər şey edəcək”.

Azərbaycanla Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı fəal danışıqlar aparılır və artıq bəzi müsbət addımlar atılıb.

Din.az Teleqraf.com-a istinadən bildirir ki, bu barədə Gürcüstan Patriarxlığının bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı son hadisələr Gürcüstan xalqının haqlı incikliyinə səbəb olub və bir çox insan artıq öz mövqeyini ifadə edib: “Biz həmçinin bəyan edirik ki, bu kompleks Gürcüstan mədəniyyətinin ən qədim abidələrindən biri və ziyarətgahıdır və gürcü kilsəsi onun müdafiəsi üçün hər şey edəcək”.

Gürcüstan Patriarxlığı qəti olaraq hər hansı şəxsin Gürcüstan və Azərbaycan dövlətləri və xalqları arasındakı dostluq münasibətlərini gərginləşdirməyə yönəlmiş istənilən cəhdlərindən, həmçinin müsəlmanlara qarşı təhqiramiz ifadələrdən uzaq olduğunu vurğulayıb: “Hesab edirik ki, həmin cəhdlər digər millətlərə, həmçinin Gürcüstan müsəlmanlarına qarşı düşünülmüş və ya düşünülməmiş təxribatlardır”.

Gürcüstan Patriarxlığı ümid edir ki, iki ölkənin dini liderləri, insanları və dövlətləri arasındaki münasibətlərə kölgə düşməyəcək, ədalət, məntiqlilik və dostluq qalib gələcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...