Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Gürcüstan rəsmiləri Ramazan ayının başlaması münasibətilə ölkə müsəlmanlarını təbrik ediblər

Gürcüstan parlamentinin spikeri müsəlmanlara sülh və əmin-amanlıq arzu etdi.

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ölkə müsəlmanlarını Ramazan ayının başlaması münasibətilə təbrik edib.

Din.az “Report”a istinadən xəbər verir ki, spiker müsəlmanlara sülh və əmin-amanlıq arzu edib.

İ.Kobaxidze müsəlmanları Gürcüstanın ayrılmaz hissəsi adlandıraraq onların ölkənin inkişafında mühüm rol oynadıqlarını vurğulayıb.

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili də Ramazan ayı münasibətilə müsəlman vətəndaşlara təbrik ünvanlayıb.

O, müsəlmanlara xoşbəxtlik və səadət arzu edib. Dövlət naziri bildirib ki, Gürcüstan multietnik ölkədir və bu da ölkəni daha zəngin və müxtəlif edir.

Qeyd edək ki, Gürcüstan əhalisinin təqribən 11%-ni müsəlmanlar təşkil edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...