Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Gürcüstanda 40-dan çox məscid təmir olunacaq

“GMİ ötən illərdə olduğu kimi, bu ildə də 40-dan çox məsciddə təmir işi aparmağı planlaşdırıb”.

Bu il Gürcüstanda 40-dan çox məsciddə əsaslı təmir işləri aparılacaq.

“Din.az” bildirir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov məlumat verib. Onun sözlərinə görə,  hazırda azərbaycanlıların kompakt yaşadığı bir neçə bölgələrdə yeni məscidlərin inşası və əsaslı təmiri başa çatmaq üzrədir: “GMİ ötən illərdə olduğu kimi, bu ildə də 40-dan çox məsciddə təmir işi aparmağı planlaşdırıb.”

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Qardabani rayonunda və rayonun Qara Təhlə kəndində inşa olunan məscidlərin vəziyyəti ilə yaxından tanış olub. Xeyriyyəçilər  tərəfindən tikilməkdə olan məscidlərə GMİ tərəfindən maddi yardım göstərilib. Məscidlərin ilin sonuna qədər tam istifadəyə verilməsi nəzərdə tutulur.

GMİ şeyxi gələcəkdə əhalinin maddi dəstəyi ilə yeni məscidlərin tikintisinə dövlətin də dəstəyi olacağını bildirib. O, bu istiqamətdə müsəlmanların problemlərinin həllinə çalışacağını bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...