Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Gürcüstanda azərbaycanlı din xadimlərinə gürcü dili öyrədilir

Dini azlıqlar arasında dövlət dilinin yayılması və cəmiyyətə inteqrasiyası qarşıya əsas məqsəd kimi qoyulub.

Gürcüstanda azərbaycanlı din xadimlərinə gürcü dili dərslərinin keçirilməsinə başlanılıb.

Din.az APA-ya istinadən xəbər verir ki, Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman nazirliyinin təşəbbüsü ilə keçirilən təlimlər üç ay davam edəcək.

Marneuli, Dmanisi və Saqareco rayonlarında keçirilən təlimlərdə Gürcüstan Dini Məsələlər üzrə Dövlət Agentliyinin Marneuli üzrə sədri Zaza Vaşakmadze və Zvania Məktəbinin direktoru Ketevan Jakeli iştirak ediblər.

Təlimlərin dini azlıqlar arasında dövlət dilinin yayılması, cəmiyyətə inteqrasiya və tərəflər arasında ortaq fəaliyyətin gücləndirilməsi məqsədi ilə həyata keçirildiyi bildirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...