Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Gürcüstanda azərbaycanlı ruhanilər üçün layihə həyata keçiriləcək

“Dini mesajlar Azərbaycan dilində çatdırılır və bu baxımdan dil mükəmməl şəkildə öyrədilməlidir”.

Gürcüstanda azərbaycanlı ruhanilərə dövlət dilinin öyrədilməsi məqsədi ilə xüsusi layihə həyata keçiriləcək.

Din.az APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze Marneuli rayonunun Kosalı kənd mədrəsəsində keçirilən məzuniyyət tədbirində belə deyib. Bildirib ki, bu etnik azlıqların inteqrasiya prosesində iştirakını sürətləndirmək üçün böyük önəm daşıyır. Tədbirdə iştirak edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov bildirib ki, mütəxəssislər tərəfindən dövlət dilinin, eləcə də Azərbaycan dilinin mədrəsələrdə öyrədilməsinə başlanılmalıdır.

“Azərbaycan dilinin morfoloji, sintaktik normalarının ruhanilərə tədris edilməsi çox vacibdir. Çünki dini mesajlar Azərbaycan dilində çatdırılır və bu baxımdan dil mükəmməl şəkildə öyrədilməlidir”,-deyə Ramin İgidov əlavə edib.
Qeyd edək ki, məzuniyyət tədbirində Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Bütün Gürcüstan Müsəlmanlarının müftisi Yasin Əliyev iştirak edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...