Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə məscid bərpa olunur

Marneuli rayonunun Baydar kəndindəki məscid əsaslı bərpa edilir.

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Baydar kəndindəki məscid əsaslı bərpa olunur.

Din.az xəbər verir ki, bu barədə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi məlumat yayıb.

Agentlik rəhbəri Zaza Vaşakmadze, Marneuli rayonunun rəhbər vəzifəsini icra edən Zaur Tabatadze və Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Hacı Yasin Əliyev məsciddə aparılan tikinti-bərpa işləri tanış olublar.

Z.Vaşakmadze Baydar kənd məscidinin bərpası ilə bağlı yerli sakinləri təbrik edərək, yerli hakimiyyətə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. O, həmçinin yerli sakinləri narahat edən məsələlərlə də maraqlanıb.

Baydar kənd sakinləri məscidin bərpa olunmasına görə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi və Marneuli rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Gürcüstanda 320-dən çox məscid var və onların 200-ü dövlət qeydiyyatına alınaraq Gürcüstan Müsəlmanları İdarəsinin səlahiyyətinə verilib. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...