Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Gürcüstanda erməni kilsəsi qarət olundu

İbadət yerindən pulla yanaşı, ikona və xaçlar da aparılıb.

Gürcüstanın Axaltsixe şəhərinin Rabat rayonu ərazisində yerləşən erməni apostol kilsəsi qarət olunub.

Din.az “Report”a istinadən xəbər verir ki, kilsədən təxminən 200 lari pul oğurlanıb.

İbadət yerindən pulla yanaşı, ikona və xaçlar da aparılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.

Qarətçinin şəxsiyyəti müəyyən olunub və onun saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...