Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

GÜRCÜSTANDA YAŞAYAN BİR QRUP MÜSƏLMAN ETİRAZ AKSİYASI KEÇİRİB

Myanmada musəlmanların qətlə yetirilməsinə etraz edildi.

Gürcustanda yaşayan musəlmanlar bu gün Tbilisidə ölkə parlamentinin binası önündə etiraz aksiyası keçiriblər.


Din.az Report.az istinadən xəbər verir ki, aksiya iştirakçıları Myanmada musəlmanların qətlə yetirilməsinə etraz edib, dünya birliyini bu məsələyə diqqət yətirməyə çagirıblar.
Onlar “Müsəlmanların qətliamına son qoyulsun”, “Bütün insanlar qardasdırlar”, “Dini ayrıseçkiliyə son” şüarları səsləndiriblər.
Aksiyada iştirak edən Gürcüstandakı Babtist kilsəsini yepiskopu Malxaz Şanqulaşvili deyib ki, Myanmada və digər ölkələrdə müsəlmanların qətlə yetirilməsi insanlığa qarşı cinayətdir: “Bu cür cinayətlərə son qoyulmalıdır. Biz müslmanlarla qardaşıq və belə də olacağıq”.
Gürcüstandakı “İmam Əli” məscidinin axundu, tədbirin təşkilatçılarınfan biri Hacı Hacıyev deyib ki, məqsəd müsəlmanlara qarşi törədilən cinayətlərə son qoyulmasına nail olmaqdır.
Aksiya iştirakçıları sonra BMT -nin Tbilisidəki iqamətgahina qədər yürüş ediblər. Numayandaliyə etiraz bəyanatı təqdim.olunub

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...