Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Gürcüstandakı məscidə görə iki dövlət qurumu məhkəməyə verilib

Azərbaycanlıların yaşadığı kəndin məscidilə bağlı anlaşmazlıq yarandı.

Gürcüstanın Marneuli rayonunun azərbaycanlıların yaşadığı Dəmyə-Gorarxı kəndində yerləşən məscidlə bağlı məhkəməyə müraciət olunub.

Din.az bildirir ki, bu barədə “Report”un yerli bürosuna Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri şeyx Mirtağı Əsədov məlumat verib.

O bildirib ki, məscidin yerləşdiyi tikili və torpaq sahəsi onun mülkiyyətində olub: “2012-ci ildən sonra sənədləşmə işi aparılanda məscidin yerləşdiyi tikili və torpaq sahəsi xəbərim olmadan mülkiyyətimdən çıxarılıb. Aidiyyatı qurumlarla aparılan yazışmalara baxmayaraq, məsələyə aydınlıq gətirilməyib. Buna görə də, Gürcüstanın İqtisadiyyyat və Davamlı İnkişaf Nazirliyi və Dövlət Əmlakı Məsələləri üzrə Milli Agenltiyindən məhkəməyə şikayət etmişik”.

M.Əsədovun sözlərinə görə, məscidin qanunsuz mənimsənilməsi barədə iki ilə yaxındır xəbər tutub: “Məhkəmədən tələb edirik ki, məscidin mülkiyyətimdən çıxarılması ilə bağlı qərarı ləğv etsin. Mülk bizə məxsusdur. Onun geri qaytarılmasını tələb edirik”.

İdarə sədri bildirib ki, Dəmyə-Gorarxı kənd məscidi bu gün də fəaliyyət göstərir və bununla bağlı heç bir irad bildirilməyib.

O qeyd edib ki, rəhbərlik etdiyi qurumu məhkəmədə İnsan Hüquqlarının Tədris və Monitorinq Mərkəzi (EMC) təmsil edəcək.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...