Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Gürcüstanın baş naziri ölkəsindəki müsəlmanları təbrik etdi

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Məhəmməd peyğəmbərin mövludu günü ilə bağlı ölkədə yaşayan müsəlmanları təbrik edib. “Din.az” APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə baş nazir özünün “Facebook” səhifəsində yazıb. “Bütün qəlbimlə Gürcüstanın bütün müsəlman əhalisini Məhəmməd peyğəmbərin doğum günü münasibətilə təbrik edirəm.  Əminəm ki, biz birlikdə qarşılıqlı şəkildə hörmət və məhəbbətlə Gürcüstanda yaşamağa davam […]

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Məhəmməd peyğəmbərin mövludu günü ilə bağlı ölkədə yaşayan müsəlmanları təbrik edib.

“Din.az” APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə baş nazir özünün “Facebook” səhifəsində yazıb.

“Bütün qəlbimlə Gürcüstanın bütün müsəlman əhalisini Məhəmməd peyğəmbərin doğum günü münasibətilə təbrik edirəm.  Əminəm ki, biz birlikdə qarşılıqlı şəkildə hörmət və məhəbbətlə Gürcüstanda yaşamağa davam edəcək və onun  firavanlığına çalışacağıq”, Giorgi Kvirikaşvili yazıb.

Baş nazir bütün müsəlmanlara sülh və sağlam həyat arzulayıb: “Mən sizinlə birgə bu bayrama qatılıram və hər birinizə sülh və sağlamlıq, mənəvi sakitlik və çiçəklənmə arzulayıram”, baş nazir qeyd edib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...