Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Gürcüstanın dövlət büdcəsindən ən çox vəsait müsəlman icmasına ayrılıb

Gürcüstanda icmalara nə qədər vəsait ayrılır?

Gürcüstanda builki dövlət büdcəsindən ölkədə fəaliyyət göstərən dini icmalara ayrılmış vəsaitin bölgüsü başa çatdırılıb.

Din.az xəbər verir ki, bu barədə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi məlumat yayıb.

Məlumata əsasən, bölgünün birinci mərhələsində ölkənin müsəlman icmasına 2,2 mln. lari (842,2 min dollar), ikinci mərhələsində isə 550 min lari (210,5 min dollar) ayrılıb. Bununla da Gürcüstanda dini icmalar arasında ən böyük vəsait 2 750 000 lari (1,05 mln. dollar) olmaqla müsəlman icmasının payına düşüb.

Erməni xristian, Roma katolik və yəhudi icmasına ayrılmış ümumi vəsait isə müvafiq olaraq 800 min lari (306,2 min dollar), 550 min lari (210,5 min dollar) və 400 min lari (153,1min dollar) təşkil edib.

Gürcüstanda 2018-ci ilin dövlət büdcəsindən dini icmalara, ümumilikdə, 4,5 milyon lari (1,7 mln. dollar) vəsait ayrılıb. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...