Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Hacı Cavad” məscidində ilk namaz qılındı – FOTO

Yarıdağıdılmış məscidin yerində paytaxtın ən gözəl məscidlərindən biri tikildi.

Bu gün Bakıda yenicə tikilmiş “Hacı Cavad” məscidində ilk namaz qılınıb.

Din.az xəbər verir ki, məsciddə eyni vaxtda 500-dən çox dindar namaz qıla bilər.

Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev 2017-ci ilin iyul ayında, Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq 79 ünvanında yerləşən “Hacı Cavad” məscidinin sökülməsi və həmin rayonda – A.M.Şərifzadə küçəsində yeni məscidin tikilməsi haqqında qərar imzalamışdı.

“O vaxt dindarlar məscidin “dağıdılmasına” etiraz edirdilər. Lakin yarıdağıdılmış məscidin yerində paytaxtın ən gözəl məscidlərindən birini əldə etdilər”, – məscidin əməkdaşı bildirib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...