Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Hacı Əbdürrəhim bəy məscidi söküldü – FOTO

“Sovetski”də qədim məscidi sökdülər.

Dünən axşam saatlarında paytaxt Bakının “Sovetski” kimi tanınan ərazisində yerləşən və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarixi və mədəniyyət abidəsi kimi qorunan məscid sökülüb

“Din.az” bildirir ki, “İslaminsesi”nin verdiyi  məlumata görə, dünən axşam saatlarında paytaxt Bakının “Sovetski” kimi tanınan ərazisində yerləşən və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarixi və mədəniyyət abidəsi kimi qorunan, 3607 No-li inventarla qeydiyyatda olan Hacı Əbdürrəhim bəy məscidi sökülüb.

Qeyd edək ki, söküləcəyi deyilən digər tarixi abidə – Hacı Cavad məscidinin dini icması da dünən Azərbaycan Prezidentinə müraciət edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...